Gəlsin (Koroğlu)

Vikimənbə saytından
Gəlsin
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Qıratı gətirdim cövlana, indi
Varsa igidlərin meydana gəlsin!..
Görsün mən dəlinin indi gücünü,
Boyansın əndamı al qana, gəlsin!..

Qorxum yox paşadan, sultandan, xandan,
Gəlsin mənəm deyən, keçirdim sandan,
Ərlər daldalanıb qorxmasın qandan,
At sürsün, qovğaya mərdanə gəlsin!..

Koroğlu əyilməz yağıya, yada,
Mərdin əskik olmaz başından qada.
Nərələr çəkərəm mən bu dünyada,
Göstərrəm məşhəri düşmana, gəlsin!..