Məzmuna keç

Gəncə xanlığının işğalında erməni xəyanəti

Vikimənbə saytından
Gəncə xanlığının işğalında erməni xəyanəti
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir gün Cavad xan Şuşadan Gəncəyə qayıdırmış. Yolda bir çay kənarında ağac altında dayanıb, günorta namazını qılır. Sonra oturub bir az istirahət edir. Birdən bir uşağın başqa uşaqlar tərəfindən döyüldüyünü görub onlara yaxınlaşır. Bu uşağı niyə döydüklərini soruşur. Uşaqlar deyir ki, bu uşaq kəndən oğurluq edirmiş ona görə də onu döyürlər. Cavad xanın uşaqa yazığı gəlir, onu ozü ilə Gəncəyə gətirir. Bu kimsəsiz uşaq onun sarayında yaşayıb xanın xidmətcisinə çevrilir. Burada böyüyüb boya-başa çatır. Bu uşaq Aşot adlı bir erməni uşağı idi.

Bu vaxtlar Gəncə bazarına başqa ölkələrdən çoxlu ölkələrdən tacirlər gələrmış. Onların içərisində erməni tacirləri də olurdu. Aşot Gəncəyə gələn erməni tacirləri ilə dostlaşır. Gəncə erməni tacirlərin çox xoşuna gəlirdi. Tacirlər Aşotdan xahiş edirlər ki, onların Gəncədə məskunlaşmasına kömək etsin. Aşot Cavad xandan ermənilərin Gəncədə yaşaması üçün icazə istəyir. Cavad xan xidmətçisinin arzusunu yerinə yetirir. Gəncənin gözəl yerində erməni tacirlər ozləri üçün ev və kilsə tikdirirlər. Gəncəyə çoxlu erməni ailələri köçüb gəlirlər.

1803-cü ilin soyuq dekabr ayı idi. Rus qoşunları Car-Balakəni zəbt etdikdən sonra Gəncəyə yaxınlaşırlar. Quru qobu adlı yerdə duşərgə salırlar. Rus general Sisyanov hədə-qorxu dolu məktub yazaraq, öz elçisini Cavad xanın yanına göndərir ki, şəhəri ruslara təslim etsin. Cavad xan gürcü mənşəlli bu generala yaxşı bələd idi. Rusların Carda insanlara nə divan tutduğunu da yaxşı bilirdi. Cavad xan rus elçisinə rədd cavabı verib, sona qədər vuruşacaqlarını bildirdi. Cavad xana məktub gətirən elçini sözlərini Aşot da eşitmişdi. O, qorxu içində idi. Aşot gecə ikən gizlicə Gəncədə yaşayan varlı bir erməni tacirin yanına gedir və vəziyyəti ona danışır. Tacir Gəncədə yaşayan bütün erməniləri bir yerə yığıb vəziyyəti müzakirə etdilər. Onlar var-dövlətini itirməkdən çox qorxurdular. Onlar gizlicə Sisyanovun yanına adam göndərib, ondan aman istədilər. Ermənilər ümid edirdilər ki, ruslar Gəncəni türklərdən alib, ”Rusiyaya sədaqətli” xristian ermənilərə verəcəkdir. Sisyanovun əsgərləri Gəncəyə hücum edəndə ermənilər şəhər qapılarını rus əsgərlərinin üzünə açdılar. Bu vaxta qədər şəhəri ala bilməyən ruslar asanlıqla şəhərə daxil olub, Gəncə əhalisinə divan tutdular. Cavad xan başda olmaqla, gəncəlilər əllərinə silah alıb, ruslarla vuruşanda, gözlərinə inanmadılar. Şəhərə soxulub onlara atəş açan rus əsgərlərinin içində ermənilər də var idi. Aşotun açdığı qəfil güllə Cavad xanın ürəyinə tuş gəldi. Cavad xan "ay namərd erməni” deyərək yerə yıxıldı. Rus general Lisaneviç ikinci gülləni xanın başından vurdu. Cavad xan vəfat etdi. Xanın oğlu Huseynqulu ağa namərd ermənini qılıncla vurub yerə sərdi. Rus əsgərlərinin acdığı atəş nəticəsində Hüseynqulu ağa da öldürüldü. Şəhər düşmənin əlinə keçdi.