Məzmuna keç

Gəncənin (Molla Abbas Şölə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gəncənin
Müəllif: Molla Abbas Şölə

Gәldi bahar, oldu әcәb çağı Gәncәnin,
Bazarә gәldi süd ilә qaymaği Gәncәnin.
 
Bir vaxt var o şәhrdә çox-çox fәsadlәr
Yapraq açanda çubi-çinaranı Gәncәnin.
 
Qış fәsli sәbzәcat, әlәf, sairә nәbat,
Әltafi-hәqqdir Әrәbistanı Gәncәnin.
 
Artmazla xәlqi, bilmirәm aya sәbәb nәdir,
Ya rәb, mәgәr ki, vәqfdi torpağı Gәncәnin.
 
Hәr kim ki, getmәyibdi, yәqiqәn gedәn bilәr,
Guya ki, bir behiştdi yaylaği Gәncәnin.
 
Çox yerdә vardı mәscidi-came zәmanәdә,
Heç yerdә yoxdu mәscidinin tayı Gәncәnin.
 
Çöl әhlinin müәzzini çaqqallar olur,
Qiblә olubdu Haçaqaya dağı[1] Gәncәnin.
 
Etmә güman ki, xәlq qoyub ehtiyatını,
Pünhan olub yapıncı da, çomağı Gәncәnin.
 
Şölә bu qәdri vәsf elәmә, әlqәrәz budur,
Yoxdur cahanda tay ilә ortağı Gәncәnin.
 

Qeydlər

[redaktə]
  1. Haçaqaya adlanan dağ Kәpәz dağıdır ki, Gәncәnin cәnub sәmtindә vaqe olduğu üçün avam xalq qiblәsini onunla tәyin edir.