Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana
Görünüş
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana Müəllif: Məhəmməd Füzuli |
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana,
Zərrəcə qəti-məhəbbət etmədin, rəhmət sana!
Saxlama nəqdi-qəmi-eşqini, ey can, zahir et
Kim, verim həbsi-bədəndən çıxmağa rüxsət sana.
Çareyi-behbudimi sordum müalicdən, dedi:
Dərd, dərdi-eşqdir, mümkün deyil sihhət sana.
Tutaram yarın qiyamətdə, həbibim, damənin,
Məstsən qəflət şərabından, bu gün möhlət sana.
Əhli-eşqi atəşi-hicranə eylərsən kəbab,
Dönə-dönə imtihan etdim, budur adət sana.
İncidir naləm səni, vəh nola gər bir tiğ ilə
Çeşmi-cəlladın edə ehsan mənə, minnət sana.
Səndə dün gördüm, Füzuli, meyli-mehrabü nəmaz,
Tərki-eşq etməkmi istərsən, nədir niyyət sana?