Məzmuna keç

Gərək (Aşıq Feyruz - Aşıq Valeh)

Vikimənbə saytından
Gərək
Müəllif: Aşıq Feyruz - Aşıq Valeh
Mənbə: Aşıq Valeh. Alçaqlı ucalı dağlar... Bakı: Gənclik, 1970.
%25 tamamlandı

Aşıq Feyruz:
Aşıq Feyruz söz veribdir bu mahaldan bac almağa,
Aşıqları ağlar qoyub, şairlərdən tac almağa.
Sənətilə ad qazanıb, məşhur olub ucalmağa,
Qarabağın mərkəzində qursun bu gün divan gərək.

Aşıq Valeh:
Bu mahal bac verməyib, yaranandan bac alıbdır,
Sənətkarı pəhləvan tək zərbə çalıb, tac alıbdır.
Güman etmə, kardan düşüb, Aşıq Valeh qocalıbdır,
Buludlara ucalmağa qanad çalsın tərlan gərək.