Gərək (Aşıq Heydər)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gərək
Müəllif: Aşıq Heydər
Mənbə: "Aşıq Heydər" (Əsərləri, dastan-rəvayətlər, xatirələr), Bakı: ABX NPM, 2014. 472 səh. (tərtibçilər: Tacir Səmimi, Xurşud Məmmədli, Əbülfət Heydər)

(Aşıq Qurbaniyə bənzətmə)

Ey fələk sənlə əlləşməyə,
Bir böyük meydan gərək.
Bir sən olasan, biri mən,
Bir adil divan gərək.
Yetmiş idim mürşüdümə,
Dərdimə dəva qılam.
Mən nə bilim mən gəlincə,
Xakinan yeksan gərək.

Muyi zifin kölgəsində,
Bir zaman yatmaq gərək.
Tabutumun sərv ağacı,
Gül kəfən etmək gərək.
Tez yuyun, tez aparın,
Məqama yetmək gərək.
Umaram ki, bər Xudadan,
Cənnəti məkan gərək.

Heydara derlər ki, ey əzizim,
Yar üçün qəm eyləmə.
.......
.......
.......
.......
Bunu yazan belə yazıb,
Çoxlara nişan gərək.