Gərək (Aşıq Nəsib)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gərək Müəllif: Aşıq Nəsib |
Mənbə: Əskər Nailə. Aşıq Nəsibin yaradıcılıq yolu. Bakı, "Elm və təhsil", 2016 |
Qarayola getmək çətin,
Ona qara qəm gərək.
Qəmliliyə həm ağ-qara,
Həmi şöhrət-nam gərək.
Pünhan ola pis kəslərdən,
Uya aləm sirrinə.
Dədələrə bir münasib,
Xəlvəti bir dam gərək.
Türkdə sirli, möcüzatlı
Ata olar hər anı.
Günçıxanla günbatandı
Hər atanın məkanı.
Ürəkləri təpər dağı,
Qəlbləri gövhər kanı.
Üzü nurlu, coşqun təbli,
Bilgiləri tam gərək.
Qara dünya yolçusuyam,
Amma özüm ağ ata.
Əllərimdə gün işığı -
Dərdi, qəmi dağıda.
Qalxa bir ərşi-əlaya,
Könlüm istər tağ ata.
Görüb İşıqlı babam,
Nəsib ala nam gərək.