Gərək (Aşıq Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gərək (Aşıq Qurbani) Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Kufә әhli bihәyalar şәrmi, hәyanı atdılar,
Adәm olan yoldan çıxıb, bir-birin aldatdılar.
Qazılara rüşvәt verib, şәri batil etdilәr,
Bu divan ki, divan deyil, әdalәt divan gәrәk.
Axşam olcağın mәşriqdә batdı şәms, doğdu qәmәr,
Yer üzünә qülqülә düşdü ki, ta oldu sәhәr.
Ağlım itirdim, әlim titrәr, göz ağlar, sәr әsәr,
Pirim girib ol niqabә, getmәyәydi cavan gәrәk.
Gәrәk biçarә Qurbani, sәn bu cәbrә dözәsәn,
Әl uzadıb o yasәmәn bağdan bir gül üzәsәn.
Yaşın yetirdin әlliyә, indi üz tut yüzә sәn,
Әslimiz türabdәndir, mәskәnimiz kan gәrәk.