Məzmuna keç

Gərək (Molla Pənah Vaqif)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gərək (Molla Pənah Vaqif)
Müəllif: Mir Möhsün Nəvvab
Tərcüməçilər: Əkrəm Bağırov,Nizami Məhərrəmov, Kamil Allahyarov, Fərrux Fərmanov
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018.

</poem> Bulud zülflü, ay qabaqlı gözəlin,

Duruban başma dolanmaq gərək.

Bir evdə ki, belə gözəl olmaya,

O ev bərbad olub talanmaq gərək.


Əndamı ağ gərək, sinəsi mərmər,

Siyah zülfu qamətinə bərabər,

Qoynu içi guya müşklə ənbər,

Basdığı torpağı yalanmaq gərək.


Sərxoş durub saraymdan baxanda,

Ağ gərdənə həmayillər taxanda,

Gözə sürmə, qaşa vəsmə yaxanda

Canım eşq oduna qalanmaq gərək.


Çıxa sarayından canlar alan tək,

Xişmə gələ cəh-cəh qəhri olan tək,

Şahmar zülfü dal gərdəndə ilan tək,

Hərdəm təıpənəndə bulanmaq gərək.


Vaqif, sənin işin müdam ah olsun,

Səg rəqibin ömrü qoy kütah olsun.

Həmdəmsiz kimsənə əgər şah olsun,

Gədadır o kimsə, dilənmək gərək.