Gərəkdi (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gərəkdi Müəllif: Aşıq Alı |
Mənbə: Aşıq Alı. Nə qaldı. Bakı, "Qanun nəşriyyatı", 2020. səh.174 (Toplayanı və tərtib edəni: İlham Qəhrəman) |
Әziz ana, gәlin sizә söylәyim,
Qız alanın cibi dolu gәrәkdi.
Toxunmayın bu könlümün dәrdinә,
Toylası komunnan malı gәrәkdi.
Siz mәni çәkirsiz bilin ki dara,
Mәnim bu dәrdimә tapılmaz çara,
Möhtacam dünyanın verdiyi vara,
Yar alanın mah camalı gәrәkdi.
Aşıq Alı, nә çәkirsәn dәrdü-qәm?!
Var olsun, mahallar eylәginәn dәm.
Huşunu başına toplagınan cәm,
Zikr eylәyәn çox xәyallı gәrәkdi.