Məzmuna keç

Gərəkdi (Koroğlu)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Gərəkdi
Müəllif: Koroğlu
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Paşa, sənə nişan verim Qıratı,
Əbrişim ipəkdən yalı gərəkdi.
Bir mina boyunlu, uca sağrılı,
Bir yarım hoqqadan nalı gərəkdi.
 
Armıdı dırnaqlı, hündür boyunlu,
Meydana girəndə yüz min oyunlu,
Dəyirman mədəli, ac qurd yeyimli,
Ortası qulana dolu gərəkdi.

Qaranlıq gecədə yol çaşırmayan,
Düşman qabağında ər düşürməyən,
Üstündə əl-ayaq yığışılmayan
Koroğlunun atı dəli gərəkdi.