Məzmuna keç

Gər deyil bir mah mehrilən mənim tək zar sübh

Vikimənbə saytından
Gər deyil bir mah mehrilan mənim tək zar sübh
Müəllif: Məhəmməd Füzuli


Gər deyil bir mah mehrilən mənim tək zar sübh,
Başin açib nişə hər gün yaxasın yırtar sübh.

Gün deyil, hər gün bir ay mehrilə köksün çak edib,
Tazə-tazə dağlərdir kim, qılır izhar sübh.

Tiği-xurşid ilə rəf olsa yeridir kim, müdam,
Yandırıb pərvaneyi, şəmə verir azar sübh.

Sübhi şamü şami sübh olmuş mənəm aləmdə kim,
Şam şəmi-bəzm olub, ayrıldı məndən yar sübh.

Gör nə aşiqdir ki, bir xurşid vəslin bulmağa,
Sərf edər hər ləhzə min-min lölöi-şəhvar sübh.

Eşqdə sadiqlik izhar etdi dağın göstərib,
Qaliba derlərdi kazib, qıldı ondan ar sübh.

Hicr şamında qəm etmişdi Füzuli, qəsdi-can,
Olmasaydı mərhəmətdən dəm vurub qəmxar sübh.