Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni
Görünüş
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni Müəllif: Mirzə Əli Xan Ləli |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,
Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.
Cəmali-şahidi-qeyb istərəm Kəlimasa,
Amandı tez yetirin cilvəgahı-Turə məni.
Zəmirim olmadı biganə məşrəbindən saf,
Qıl aşina genə bir sağəri-bülurə məni.
Həvayi-arizin, ey afitabi-aləmtab,
Gətirdi zərrəsifət, ərseyi-zühurə məni.
Qüsuri-əql yoxumdur mənim bu aləmdə,
Ki, vaiz, eyləmə məftun cəmali-hurə məni.
Hanı təraneyi-mey-mütrüba, ki, mahi-siyam,
Gətirdi təngə məsaciddə həmd-surə məni.
Könüldən olmuşam aşiq o xali-məğrurə,
Həvayi-nəfs salıb gör necə qürurə məni!
Cahanda xosrovi-əhli-sükut idim, Ləli!
Xəyali-söhbəti-Şirin gətirdi şurə məni.