Gəzə-gəzə mən
Görünüş
Gəzə-gəzə mən Müəllif: Aşıq Qurbani |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Altı yol gəlmişdim, bununla yeddi,
Öldüm bu bağçanı gəzə-gəzə mən.
Dedim, bir yar sevdim, unudub getdi,
Öldüm bu bağçanı gəzə-gəzə mən!
Gözüm doymaz sənin kimi canandan,
Cananm itirən tez olar candan,
İnanmırsan soruş şahi-xubandan,
Öldüm bu bağçanı gəzə-gəzə mən!
Pəri, sənə qurban dirili Qurban!
Yolunda qoyubdu o baş ilə can,
Bir əlində fanus1, yanında xuban,
Öldüm bu bağçanı gəzə-gəzə mən!