Gəzən yerləri
Gəzən yerləri Müəllif: Yəhya bəy Dilqəm |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Səkənəm qürbətdi, ismim filankəs,
Bü gün gördüm canan gəzən yerləri.
Halım pərişandı, könlümdü şikəst,
Yenə gəldi mənə eşqin əsəri.
Bir yerdə olmasa güllə gülüstan,
Fəğan eylər ordan bülbül hər zaman,
Behiştdə olmasa huriyi-qılman,
Ləziz olmaz onun abi-kövsəri.
Bildir bu yer idi cənnəti-ələm,
Bu il firəvandı möhnət ilə qəm,
Həqir oldu Dilqəm, görmədi həmdəm,
Ziba sənəm burdan gedəndən bəri.