Gah firqət, gah möhnət, gah qəm
Görünüş
Gah firqət, gah möhnət, gah qəm Müəllif: II Abbas |
Üç vəfalı kimsə olmuş həmdəmim,
Gah firqət, gah möhnət, gah qəm.
Gecə-gündüz həm ənisü məhrəmim,
Gah firqət, gah möhnət, gah qəm.
Verdi dövran cami-hicran saqi tək,
Saldı həsrət ürəyimə taqi tək,
Çevrəm alır gahi bigə yağı tək,
Gah firqət, gah möhnət, gah qəm.
Deyə bilməm kimsəyə dərdim tamam,
Yar mənə sərkəşü, əğyarə ram.
Könlümə ola mənim hər sübh, şam,
Gah firqət, gah möhnət, gah qəm.