Gecə-gündüz qan ağlaram
Görünüş
Gecə-gündüz qan ağlaram Müəllif: Aşıq Abbas Tufarqanlı |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Gecə-gündüz qan ağlaram,
Mənimki ah-zarınandı.
Mən yarı bivəfa gördüm,
Qol-boyun əğyarınandı.
Sallaiıb gəl bizə, gəlin,
Ağ üzündə siyah telin,
Bülbül çox istəyir gülün,
Gülün meyli xarınandı.
Boynuna salmısan bağı,
Sinəmə çəkmisən dağı,
Abbasın şəfa tapmağı
Qoynundakı narınnandı.