Gecələr
Görünüş
Gecələr Müəllif: Qul Mahmud |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Cavab ver sözümə, cavab ver görüm,
O hansı ağacdı yanar gecələr?
O hansı canıdı gündüz istəməz?
O hansı ocaqdı sönər gecələr?
O kimdi bir ildə yüz dəfə ölər?
Payız susar, qış ağlayar, yaz gülər.
O kimdi gündüzlər peymana gələr?
Əhdini-andmı danar gecələr.
Mahmud aman deməz düşman görəndə,
Dönüb ümman olar tufan görəndə.
O nədir sevilər duman görəndə?
Çətin ki, mənzilə dönər gecələr.