Gecələr tək xəyalınla od tutub Yar yanıram

Vikimənbə saytından
Gecələr tək xəyalınla od tutub Yar yanıram (1996)
Müəllif: RAUF CAVAD

Nədi bu halım, Səni hər kəsə Yar qısqanıram,
Gecələr tək xəyalınla od tutub Yar yanıram.

Gözlər Həsrətdən tutulub, mən Sənə yalvarıram,
Gəl yetiş dadıma, gözləməkdən Yar usanıram.

Günlər hər gün uzanır, Zamana baxıb sayıram,
Yar gələcək, yaralı könlü saracaq sanıram.

Hər an açılan qapıya Həsrətlə bir baxıram,
O, bir gün mütləq gələcək, ürəkdən inanıram.

Canan gələcək, dərdli sözlər bitəcək bilirəm,
Qəmli dünyam Gülşən-Rövşən olacaq, canlanıram.

Tək təsəllim Zaman-andır, Yusif tək çox Qəribəm,
Leylaya dəli-divanə mən, dərddən ağranıram.

Gecələr halım olur yaman, çən-duman oluram,
Bulud ağlayır, göz yaşlarım da Yar islanıram.

Gəl gör Rauf bu eşqi ki, qızdırmadan yanıram,
Atəşi sönməz çün hər gün yenidən odlanıram.