Məzmuna keç

Gecəsidi

Vikimənbə saytından
Gecəsidi
Müəllif: Molla Cümə
Mənbə: Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1988. səh.120.

Ağalar, bir gözəl sevdim,
Mübarək xas gecəsidi.
Məlul könlüm, dur silkələn,
Eşqə həvəs gecəsidi.

Mən mailəm səntək cana,
Gəl, gözümdən getmə yana.
Muştuluq dost-aşinama,
Düşmənə yas gecəsidi.

Dilimdə oxuram kəlam,
Yuxum oldu mənə haram.
Molla Cuma, al intiqam,
Yardan qisas gecəsidi.