Məzmuna keç

Gedən gəlmədi

Vikimənbə saytından
Gedən gəlmədi
Müəllif: Şifahi xalq ədəbiyyatı

Qalanın düzündə yıxıldım yatdım,
Aynalı tüfəngi doldurdum atdım,
Xanlarla vuruşda qan-tərə batdım,
Bu yol nə yaman, bu yol nə yaman,
Ah vay, aman, dağlar duman.
Gedən gəlmədi, ay aman,
Kor olasan, düşman gözü, cavan qalmadı.