Gedəsiyəm mən

Vikimənbə saytından
Gedəsiyəm mən
Müəllif: Miskin Abdal
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.


Başına döndüyüm gül üzlü ana,
Butamın dalınca gedəsiyəm mən.
Ağlıyıf qəlbimi döndərmə qana,
Butamın dalınca gedəsiyəm mən.

Dua et, Tanrıya ağlama daha,
Getməsəm bataram böyük günaha.
Bağla umudunu böyük Allaha,
Butamın dalınca gedəsiyəm mən.

Yanmış ürəyimin qalmıyıf halı,
Zarıncı eyləmə Miskin Abdalı.
Eşitsin qoy bütün Göyçə mahalı,
Butamın dalınca gedəsiyəm mən.