Gedirəm (Aşıq Alı)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gedirəm Müəllif: Aşıq Alı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Çox-çox salam dua qohum qardaşa,
Biləsiniz Alı-Osmana gedirəm.
Bir dilək dilədim şahlar şahından,
Sığınmışam o sübhana gedirəm.
Alışır sinəmdə qəmli atəşim,
Düşəndə yadıma dostum, sırdaşım,
Gözləsin yolumu yarım, yoldaşım,
Sizə verib bir nişana gedirəm.
Aşıq Alı gəzər İrani-Turan,
Uğruma açıqdı tamam hər bir yan.
Mənə qardaş oldu Aşıq Duraxan,
Yoldaş olub gövhərkana gedirəm.