Gedirəm (Hər kim dərs alacaq, gəlsin dərs alsın)
Görünüş
Gedirəm Müəllif: Aşıq Alı |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Hər kim dərs alacaq, gəlsin dərs alsm,
Sinəmin dəftərin açıb gedirəm.
Bir quş idim, qalmış idim yuvada,
Daha durmayıban uçub gedirəm.
Necə oldu atam, necoldu anam.
Pozuldu hasarım, yıxıldı qalam.
Yüklənibdi qəflə-qatır, barxanam,
Fənadan üqbaya köçüb gedirəm.
Bu sözlərlə budu demək qəsdimdə,
Əməlimi verib budu dəstimdə,
Qohum-qardaş, ulus tamam üstümdə,
Əcəl şərbətini içib gedirəm.
Aşıq Alı minib səcərdər atı,
Üzümə oxunur canım baratı.
Qıldan da nazikdir, qılıncdan iti,
Sirat körpüsünü keçib gedirəm.