Genə bicarə könül düşdü bir əyyar əlinə
Görünüş
Genə bicarə könül düşdü bir əyyar əlinə Müəllif: Mir Mehdi Xəzani |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Genə bicarə konul duşdu bir əyyar əlinə,
Rəhmi yox, mohnəti cox, şuxi-sitəmkar əlinə.
Zulfi xəttu qaşu goz dəstinə duşmuş könlüm,
Necə bir fərdi-müsəlman duşə kuffar əlinə.
Həsrəti-ləli-ləbi bağrımı purxun etmiş,
Hic kim duşməyə, ya rəb, belə xunkar əlinə.
Cumleyi-mətləbu məqsudu olurdu hasil
Yar duşsəydi əgər aşiqi-didar əlinə.
Bulbulun boylə ki, daim işi fəğan olmuş,
Nalə etməz, duşə gər bir dəxi gulzar əlinə.
Daima xubların ulfəti əğyar ilədir,
Gul vusalı, budur adət ki, duşər xar əlinə.
Gərci Məcnun dedi kim, Leylini bir dəxi gorə,
Sariban dəxi buraxmaz, düşüb əfsar əlinə.
Yapışar daməninə, bir dəxi əldən qoymaz,
Gər duşə xəstə Xəzaninin o dildar əlinə.