Gen gəz
Görünüş
Gen gəz Müəllif: Dəllək Murad |
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5 |
Könül, sənə bir nəsihət,
Şər iblisdən sən gəl gen gəz.
Bir kəs nəsihət bilməsə,
Çəkil ondan sən gəl, gen gəz.
Dam üstündəki qırçıdan,
Malı çoxlu dəmirçidən,
Rəngi solmuş boyaqçıdan,
Bədnəzərdən sən gəl, gen gəz.
Tamahkarın niyyətindən,
Yay günü keçi ətindən,
Yoldaşın mazaratından,
Dəllək Murad, sən gəl, gen gəz.