Məzmuna keç

Genə bu tazə, könül mehri bir cavanə salıb

Vikimənbə saytından
(Gene bu tazə, könül mehri bir cavanə salıb səhifəsindən istiqamətləndirilmişdir)
Gene bu tazə, könül mehri bir cavanə salıb
Müəllif: Əbülhəsən Raci
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Genə bu tazə, könül mehri bir cavanə salıb,
Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.

Xəyali-xalü ləbü xəttü zülfi rüxsarın,
Bu qış günü məni bir səhni-gülüstanə salıb.

Bu piçütabilə mümkün deyil, üzülməyəcək,
Belə ki, nazilə qəmzən kəşan-kəşanə salıb.
 
Nigahi-çeşmin əlindən sümüklərim əridib
Gəlib hüma quşu tək, meyl üstüxanə salıb.

De bülbülə ki, bilir suzi-eşqi pərvanə,
Özünü şəniiri ayağma yanə-yanə salıb.

Tamam xalq mənə olsa qəmküsar, azdır,
Fələk bu dərdi ki, bu cismi-natəvanə salıb.

Xəyali-muyi-miyanımda mu tək incəldim,
Bu mətləb indi məni nükteyi-nihanə salıb.

Könüldən ötrü gözəl ömrü hiç, yox etdim,
Görün, könül məni nə dərdi-nagəhanə salıb?!

Nədamətin çəkər, axırda sudimənd olmaz,
Əbəs yerə özünü Raci bu ziyanə salıb.