Gerçək imiş
Görünüş
Gerçək imiş Müəllif: Quloğlu |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Aləmdə doğru dost yox imiş
Dedikləri gerçək imiş.
Qulunu saxlayan haqdır
Dedikləri gerçək imiş.
Bulut asimana axar,
Yerlərə rahmətlər yağar.
Gün doğmadan nələr doğar
Dedikləri gerçək imiş.
Əgər insan, əgər mələk,
Yalvanram gerçək dilək,
Bivəfadır çərxi fələk
Dedikləri gerçək imiş.
Quloğlu der: ömür keçər,
Qalmasın aləmdə naçər.
Dünya! Sənə qonan köçər-
Dedikləri gerçək imiş.