Geri dur

Vikimənbə saytından
Geri dur
Müəllif: Aşıq Hüseyn Bozalqanlı
Mənbə: "Ozan dünyası" jurnalı. №1(1), 2010. səh.70

   
Şairəm, şüarayam,
Bir lamü-ləngəm, geri dur!
Aşiqəm, eşq əhliyəm,
Divanə dəngəm, geri dur!
Saymaram, baş əymərəm,
Miri-sərhəngəm, geri dur!
Mərdanə, hər meydana
Mən pişi-cəngəm, geri dur!