Get (Molla Cümə)

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Get
Müəllif: Molla Cümə
Mənbə: Məhərrəm Qasımlı, "Molla Cümə". "Ozan dünyası" jurnalı, №4(25), 2015.

Gözəl, bircə, gözəl, dayan burada,
Gözəl dərdim gözəl deyim sənə, get.
Gözəl günüm gözəl qoydun qarada,
Gözəl, rəhmin gözəl eylə mənə, get.

Gözəl, varmı gözəl dərdə dərmanım,
Gözəl aldı, gözəl dinim, imanım,
Gözəlimsən, gözəl İsmi Pünhanım,
Gözəl doğru, gözəl cavab denə, get.

Gözəl Cuma, gözəl, doymaz sözünnən,
Gözəl, qorxdum gözəl xumar gözünnən,
Gözəl busə gözəl verib üzünnən,
Gözəl canın gözəl qatıb cana, get.