Getdi növrəstə balam, yar oldu əğyarilərə
Görünüş
Getdi növrəstə balam, yar oldu əğyarilərə Müəllif: Hacı Əliş ağa |
Mənbə: "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01. |
Getdi növrəstə balam, yar oldu əğyarilərə,
Həmdəm oldu gedibən çöldə gəzən vəhşilərə.
Bəslədim zəhmət ilə, aldı əlimdən əğyar,
Mən də üzümü tuturam ərşdəki dadilərə.
Bir gül əkmişdim özüm, qönçəliyində dərərəm,
Nə bilim, qismət edər Tanrı bir özgə bəşərə.
Həsrət oldum boyuna, sərvsifət qamətinə,
Qaldı yollarda gözüm, getdi nə gəlməz səqərə.
Ürəyin yandı sənin, səd heyif oldun, Hacı bəy,
Nə yaman yerdə başın düşdü qəzavü qədərə!?