Geyim və bəzək əşyaları

Vikimənbə saytından
Tapmacalar Geyim və bəzək əşyaları haqqında.
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Tapmacalar. Bakı,2004

<poem>

  • Ağzını aşağı edərəm dolar,

Yuxarı edərəm boşalar. (Papaq).

  • Adam belində xallıca ilan.

(Kəmər).

  • Adam başında qıllı motal.

(Papaq).

  • Balaca motal,

Qapıda yatar. (Məst).

  • Barmaqda ilantəhər,

Gözündə yaşıl zəhər (Üzük).

  • Barmağıma ala gözlü,

Sarı ilan sarılıb. (Üzük).

  • Bir balaca misiri,

Aləm onun yesiri. (Qızıldan bəzək şeyləri).

<poem>