Gilli
Görünüş
Gilli Müəllif: Ağ Aşıq |
Mənbə: "Azərbaycan Aşıqlar Birliyi: Ozan dünyası. №4(11)" (PDF) (az.). "Ozan dünyası" jurnalı. 2012. 2017-05-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-18. |
Dərya kimi çalxalanıb daşırsan,
Salırsan Göyçəyə qalmaqal, Gilli.
Bəy-xan kimi çox həddini aşırsan.
Vermirsən yolçuya bir macal, Gilli.
Müddətdir vətəndən düşmüşəm uzaq.
Əl çəkmir yaxamdan pristav, kazak,
Öldürdün atamı, özüm qaldım sağ,
Canımda qalmayıb bir halda Gilli.
Allahverdi kimə desin bu dərdi,[1]
Bəzirganam yüküm qəmdi-kədərdi,
Elin dərdi mənimkindən betərdi,
Salan yoxdur bir üstündən, sal Gilli.
Qeydlər
[redaktə]- ↑ Ağ Aşığın əsl adı Allahverdidir