Məzmuna keç

Girdüm eşqün dənizinə, bəhriləyin yüzər oldum

Vikimənbə saytından
Girdüm eşqün dənizinə, bəhriləyin yüzər oldum
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Girdüm eşqün dənizinə, bəhriləyin yüzər oldum,
Gəşt edüben dənizləri Xızrleyİn gəzər oldum.

Cəmalımı gördüm düşdə, çoq aradum yayda, qışda,
Buhmadum tağda-taşda, dənizləri süzər oldum.

Sordum dəniz maligünə, ıraq dəgül salığuna,
Girdüm könül sınuğuna, könülləri düzər oldum.

Viran könlüm eylədüm şer, burunlayın şər qanda var?!
Xeznəsinden aldum göhər, dükkan yüzin bozar oldum.

Ben ol dükkandar qulıyam, göhərler ile tolıyam,
Dost bağınun bülbüliyəm, budaqdan gül üzər oldum.

Ol budaqda biter iman, iman bitsə gedər güman,
Dün-gün işüm budur həman, nəfsümə bir tatar oldum.

Canunı bu tənə girəli nəzərüm yoqdur altuna,
Düşdüm ayaqlar altına, topraqlayın tozar oldum.

Tənüm topraq tozar yolca, nəfsüm əglər bəni öncə,
Gördüm nəfsün bürci yücə, qazma aldum qazar oldum.

Qaza-qaza endüm yerə, gördüm nəfsün yüzi qarə,
Hörməti yoq peyğəmbərə, bəndlərini bozar oldum.

Bu nəfs ile dünya fani, bu dünyaya gələn qanı,
Aldamış bu dünya bəni, işlərimdən bezər oldum.

Yunus durdı girdi yola, qamu qürbətləri bilə,
Kəndi cigerüm qanıyla vəsfi-halum yazar oldum.