Girdim yarın bağçasına
Görünüş
Girdim yarın bağçasına Müəllif: Şifahi xalq ədəbiyyatı |
Girdim yarın bağçasına, çiçəklər açmış,
O yar mənim ürəyimə yaralar sancmış.
Gəl, gəl, gəl, gözəlim, gəl,
Sevirəm səni.
Əgər qismətim olarsan,
Alaram səni.
Girdim yarın bağçasına, gəmim dolmadı,
Gənc yaşımda bir qız sevdim, mənim olmadı.
Gənc yaşımda bir qız sevdim, mənim olmadı,
Səni görüb sevdim, ay qız, qəmim olmadı.
Yar yolunda dağlar keçdim, sulardan içdim,
Min bir gözəl gördüm, ay qız, tək səni seçdim.
Mənbə
[redaktə]- Xalq mahnıları. Bakı,2014, səh.53.