Gizlənir
Görünüş
Gizlənir (XVIII əsr) Müəllif: Salyanlı Vəlican |
Mənbə: Salman Mümtaz. El şairləri. Bakı, 1935 |
Səbzələr söynəşir bahar çaqında,
Mehlər əsişəndə bağda gizlənir,
Bülbül arzu çəkər gül həsrətinə,
Çi fayda yanında zağda gizlənir.
Bu dünyaya gələn eylərdi həvəs,
Bu sevda səndədir ya fəryadi rəs,
Gəldi naqə xəbər gətirdi çərəs,
Dedi: gördüm, Məcnun dağda gizlənir.
Cümlə aləm gedər, iymandır yoldaş,
Nə ata, nə ana, nə qohum-qardaş,
Kəfən yaş, qəbir yaş, vay başıma daş,
“Vəli”, cismin bu torpaqda gizlənir.
Xarici keçidlər
[redaktə]- Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (PDF) (az.). "Nurlan". 2013. 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-09.