Gizlidir qəlbdə yarə, dərd əvarə, loğmansız
Görünüş
Gizlidir qəlbdə yarə, dərd əvarə, loğmansız (1996) Müəllif: RAUF CAVAD |
Həsrət sordu Qəmdən, necə yaşarsan Canansız?
Dilləndi kədər, qalıram tək başına cansız!
Kədərdə qəmlə göz yaşlarıma sığınıram,
Hər gün Hicranıma qan ağlayıram, Zamansız.
Günüm keçir ah fəryad ilə hardasan Heyran?
Qəlb dolur dərd qübar ilə hər günüm Reyhansız.
Yar, bu qədər əzab verərmi sevən sevənə?
Vəfa göstər aşiqinə ki, əğyar amansız.
Gəl, ol könlümə həmdəm, yaralı sözə məlhəm,
Keçir ömrüm cəfa ilə can dəva-dərmansız.
Toplansa tüm təbiblər, bulmazlar heç cür çarə,
Gizlidir qəlbdə yarə, dərd əvarə, loğmansız!
Bezib söz, can bədəndə gözləməkdən Zöhrəni,
Gəlməzmi dərd-haraya, ümid qalıb Sultansız.
Yar lütf edib sevgisin salıb Rauf könlünə,
İntizar qəlbinin Sahibi, Zaman-məkansız!