Məzmuna keç

Hüseynəli xan Qacarın II İrakliyə məktubu

Vikimənbə saytından
Hüseynəli xan Qacarın Kaxeti çarı II İrakliyə məktubu (1780-ci illər)
Müəllif: Hüseynəli xan Qacar
Mənbə: Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında) (PDF). Bakı: "Mütərcim". 2016. səh.73.

Baş verən hadisələr, qiyam, vaxtaşırı hücumlar İrəvan ölkəsi əhalisini var-yoxdan çıxarmışdı. Bizim xanlıq sülaləsinə qarşı keçmişdən ürəklərində kin bəsləyən, düşmən olan müxtəlif qiyamçılar sakitlik, səssizlik ətəyindən əl çəkərək əyalətdəki kəndlərə od vururdular.