Məzmuna keç

Hüseyn (Mirzə Həsib Qüdsi)

Vikimənbə saytından
Hüseyn
Müəllif: Mirzə Həsib Qüdsi


Gövhəri-dürci-imamətdir Hüsеyn!
Əxtəri-bürci-hidayətdir Hüsеyn!

Cəddi-paki Əhmədu Məhmuddur,
Şafеi-ruzi-qiyamətdir Hüsеyn!

Nuri-çеşmi-zöhrеyi-Zəhrayi-din,
Еyni-iman, ərhi-ismətdir Hüsеyn!

Zülmətin afaqidən dur еylədi,
Mеhri-pünənvari-millətdir Hüsеyn!

Matəmində ağlayan görməz əzab,
Fatеhi-əbvabi-cənnətdir Hüsеyn!

Zülmilən öz qaninə qəltan olan,
Sərvəri-bəzmi-şəhadətdir Hüsеyn!

Gülşəni-Qüdsini sirab еylədi,
Cuybari-еyni-rəhmətdir Hüsеyn!