Hüseyn eşqi şərafətdi, Hüseyn eşqi səadətdi

Vikimənbə saytından
Hüseyn eşqi şərafətdi, Hüseyn eşqi səadətdi
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 45

Hüseyn eşqi şərafətdi, Hüseyn eşqi səadətdi,
Hüseyn eşqi ədalətdi, Hüseyn eşqi şücaətdi,
Hüseyn nuri-hidayətdi, Hüseyn mahi-vəcahətdi,
Hüseyn dəryayi-qeyrətdi, Hüseyn xurşidi-izzətdi.

Hüseyn gülzari-eşq içrə açılmış laleyi-tərdi,
Hüseyn bəhri-vəfa içrə misilsiz dürri-gövhərdi,
Hüseyn bu dəhr durduqca bütün üşşaqə sərvərdi,
Hüseyn mahi-münəvvərdi, Hüseyn şahi-dilavərdi,
Hüseyn mərdi-hünərvərdi, Hüseyn çox şanlı rəhbərdi.

Hüseyn xəlqə vəfa dərsin keçər ustadi-əzəmdi,
Hüseyn məhbubu-Həqqdi, iftixarı-nəsli-Adəmdi,
Hüseyn Rəbbani keyfiyyətlər ilə zəngin aləmdi,
Hüseynsiz baği-cənnət od saçan nari-cəhənnəmdi,
Hüseyn pak qəlbə məhrəmdi, Hüseyn min dərdə məlhəmdi.

Alar Kərbubəla ətrin könül qəmgin küləklərdən,
Hüseynin adı gəldikdə nəva qalxar ürəklərdən,
Hüseynçün qanlı göz yaşı axar giryan bəbəklərdən,
Hüseynin bir səri-muyi müəzzəmdir fələklərdən,
Hüseyn xoşdur çiçəklərdən, Hüseyn pakdır mələklərdən.

Hüseyn aydan da nurani, günəşdən də mücəlladı,
Hüseyn güldən mütərradı, Hüseyn dürdən müsəffadı,
Hüseyn neyçün mübərradı, Hüseyn neyçün müəlladı,
Ona çün süd verən madər xanımlar şahı Zəhradı,
Hüseyn dəryayi-təqvadı, Hüseyn qeyrətli mövladı.