Hüseynim
Görünüş
Hüseynim Müəllif: Şəmkirli Aşıq Hüseyn |
Hər səhərdə sənin adın söylənir,
Hayıf gəldin bu diyara, Hüseynim.
Reyhan çox arifdi, tayı tapılmaz.
Səni salar çox azara, Hüseynim.
Eynən qıfılbənddi zalımın sözü,
Dünyaya tək gəlib keşişin qızı,
Asıb otağından on səkkiz sazı,
Sonra çəkər səni dara, Hüseynim.
Yetircəyin qollarını bağladar,
Sinən üstün çar-çarpaz dağladar,
Axır qorx ki, anacığın ağladar,
Səni salar ahu zara, Hüseynim.