Hüseynin qapısından əli boş gələn olmaz

Vikimənbə saytından
Hüseynin qapısından əli boş gələn olmaz
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 58

Hüseynin qapısından əli boş gələn olmaz,
Bu, bir sirri-Xudadır, bu sirri bilən olmaz.

Hüseyn zikrini etmək məriz qəlbə şəfadır,
Hüseyn nuri-Xudadır, zəbih həm də vəfadır,
Hüseyn gənci-vəfadır, Həsən dürri-səfadır,
Həsənsiz Hüseyn olmaz, Hüseynsiz Həsən olmaz.

Hüseyn mahi-səadət, Hüseyn rahi-ədalət,
Hüseyn nuri-hidayət, Hüseyn şahi-vilayət,
Qopub Kərbübəlada qiyamı ilə qiyamət,
Hüseyn ismini lövhi-cahandan silən olmaz.

Şəhidlər nur içindən təcəlla eləyirlər,
Yazır ayeyi-Quran, onlar ruzi yeyirlər,
Şəhadətdə həyat var, şəhid sağdı, deyirlər,
Bu yol rahi-bəqadı, bu yolda ölən olmaz.