Məzmuna keç

Hüsnünə heyran durur hurü mələk

Vikimənbə saytından
Hüsnünə heyran durur hurü mələk
Müəllif: İmadəddin Nəsimi


Hüsnünə heyran durur hurü mələk,
Eşqinə sərgəştədir daim fələk.

Vüslətin mana müyəssər olmadı,
Netəkim yolunda çəkdim çox əmək.

Mən qula rəhm et, şəha, çox gəz dedim,
Keçmədi tapın qatında bir dilək.

Həsrətindən qəm yerisəm mən nola,
Aşiqin daim işidir qəm yemək.

Şol şəkərdildən rəvamıdır, şəha,
Mən mühübbə sən acı söz söyləmək.

Gözlərimin bəhrinə qərq olmuşam,
Netəkim seyr edərəm misli-səmək.

Ey Nəsimi, aqibət varır yelə,
Bivəfa ilə yeyən nanü nəmək.