Məzmuna keç

Həcəri özündən ay qoçaq Nəbi

Vikimənbə saytından
Həcəri özündən ay qoçaq Nəbi
Müəllif: Qaçaq Nəbi dastanı
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Nəbinin gözləri aladı, ala,
Qoç Nəbi olubdu düşmənə bəla,
Nəbinin məskəni uca bir qala,
Qoy sənə desinlər ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!

Dağların başları dumandı, duman,
Nəbidən çəkirlər zalımlar aman,
Qoç Koroğlu kimi Nəbi qəhrəman,
Qoy sənə desinlər ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!

Nəbinin bığları eşmə-eşmədi,
Papağı güllədən deşmə-deşmədi,
Nəbinin atını heç at keçmədi,
Qoy sənə desinlər ay Qaçaq Nəbi!
Hecəri özündən ay qoçaq Nəbi!

Nəbinin qaşları qaradır, qara,
Düşmən ürəyinə vurubdu yara,
Bəyləri, xanları gətirib zara,
Qoy sənə desinlər ay Qaçaq Nəbi!
Həcəri özünden ay qoçaq Nəbi!-

Gün çıxıbdı gunortaqılı yerinə,
Həcər xanım qalxıb atın belinə,
Əşrəfi, rairvari düzüb telinə,
Qoy senə desinlər ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!