Həcvi-Əbdürrəsul xan
Görünüş
Həcvi-Əbdürrəsul xan Müəllif: Mirzə Fətəli Axundzadə |
Mirzə Fətəli Axundzadə bu həcvi 1868-ci ildə İranın Tiflisdə konsolu olan Əli xana göndərdiyi məktubuna əlavə olaraq yazmışdı. |
Dünən İranın paytaxtından
Araq düşkünü, pərişan bir qoca gəldi;
Nəcabətdə əllaf nəvəsi olub,
Həbənnəqə kimi axmağın biri idi.
Dedi: “Firəngistana dövlət məmuruyam.”
Allaha and olsun, bu xəbərdən yanıb töküldüm!
Əliağa, mənə bir içim su ver
Ki, yanğım dəf olsun!
Ay üzlü gürcü qızını
O axmaq öpmək istədi,
O saat araqdan onu qusmaq tutdu.
Gücü çatdıqca ağzından
O qızın üstünə...
Təsadüfən yağlı mərək yemişdi.
Qız tez ayağa qalxaraq dedi:
“Sənə yüz dəfə Allahnı lənəti gəlsin.”
Tiflisdən o ayaqyalın,
Müxtəsərcə deyim ki, çılpaq getdi.
Dedi: “Mən soyuqdan qorxmuram!
Mən nə bürüncək alacağam, nə də xəz dərisi.”
Ey Əliağa, nə savab olar ki,
Ona bir arxalıq göndərəsən!
Qafiyə dar gəldi, yoxsa mən
Onu çox layiqincə çullardım.