Həddədən keçmiş nəzakət, yalü bal olmuş sana
Görünüş
Həddədən keçmiş nəzakət, yalü bal olmuş sana Müəllif: Nədim |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Həddədən keçmiş nəzakət, yalü bal olmuş sana
Mey süzülmüş şişədən, ruxsari al olmuş sana.
Buyi-gül təqdir olunmuş, nazın işlənmiş ucu,
Biri olmuş huy, birisi dəstimal olmuş sana.
Ol büti-tərsa sənə “mey nuş edərmisən?” demiş
Əlaman, ey dil, nə müşkültər sual olmuş sana.
Sən nə camın məstisən, aya kimin heyranısan?
Kəndin aldırdın, könül noldun, nə hal olmuş sana?
Yox bu şəhr içrə sənin vəsf etdiyin dilbər,
Nədim, Bir pəri-surət görünmüş, bir xəyal olmuş sana.