Məzmuna keç

Hədiqətüs-süəda/Xatimə/Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam

Vikimənbə saytından
Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edər Hədiqətüs-süəda.
Xatimə. Müxəddərati-Əhli-Beytin Şama getdigin bəyan edər
Mərsiyeyi-Həzrəti İmam Hüseyn əleyhissəlam

Müəllif: Məhəmməd Füzuli
İzhari-təvəllüdi-əimmə və qeyrihi rəziyəllahu ənhum
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. VI cild. Bakı, "Şərq-Qərb", 2005, səh. 374–376


Mahi-Məhərrəm oldu, şəfəqdən çıxub hilal,
Qılmış əza, tutub qədi-xəm qərqi-əşki-al.
Övladi-Mustəfaya mədəd qılmamış Fərat,
Keçirməsinmi yerlərə anı bu infial?!
Çoxdur hekayəti-ələmi-şahi-Kərbəla,
Əlbəttə, çox hekayət olur mövcibi-məlal.
Fəhm eyləsən qəmi-şühəda şərhin etməgə,
Hər səbzə Kərbəlada çəkübdir zəbani-hal.
Təcdidi-matəmi-şühəda qıldı ruzigar,
Zar ağla, ey könül, bu gün olduqca ehtimal.
Meydani-çərxi cilvəgəhi-dudi-ah qıl,
Gərduni-dunə kisvəti-matəmsiyah qıl.

* * *

Mahi-Məhərrəm oldu məsərrət həramdır,
Matəm bu gün şəriətə bir ehtiramdır.
Təcdidi-matəmi-şühəda nəf’siz degil,
Qəflətsərayi-dəhrdə tənbihi-ammdır.
Qovğayi-Kərbəla xəbərin səhl sanma kim,
Nəqsi-vəfayi-dəhrə dəlili-təmamdır.
Hər dürri-əşk kim, saçılur zikri-Al ilə,
Səyyareyi-sipehri-ülüvvi-məqamdır.
Hər məddi-ah kim çəkilür Əhli-Beyt üçün
Miftahi-babi-rövzeyi-Darüssəlamdır.
Şad olmasın bu vaqiədən şad olan könül,
Bir dəm məlalü qüssədən azad olan könül.

* * *

Tədbiri-qətli-Ali-Əba qıldun, ey fələk,
Fikri-qələt, xəyali-xəta qıldun, ey fələk.
Bərqi-səhabi-hadisədən tiğlər çəküb,
Bir-bir həvaleyi-şühəda qıldun, ey fələk.
Ismət hərəmsərasinə hörmət rəva ikən,
Pamali-xəsmi-bisərü pa qıldun, ey fələk.
Səhrayi-Kərbəlada olan təşnələblərə,
Rigi-rəvan seyli-bəla qıldun, ey fələk.
Təxfifi-qədri-şər’dən əndişə qılmayub,
Övladi-Mustəfaya cəfa qıldun, ey fələk.
Bir rəhm qılmadun cigəri qan olanlara.
Qürbətdə ruzigarı pərişan olanlara.

* * *

Basdıqda Kərbəlaya qədəm Şahi-Kərbəla,
Oldu nişani-tiri-sitəm Şahi-Kərbəla.
Düşmən oxuna qeyr sipər görməyüb rəva,
Yaxmışdı cana daği-ələm Şahi-Kərbəla.
Ə’da müqabilində çəkəndə səfi-sipah,
Qılmışdı məddi-ah ələm Şahi-Kərbəla.
Dudi-dili-püratəşi-əhli-nəzarədən,
Etmişdi pərdədari-hərəm Şahi-Kərbəla.
Olduqca ömrü rahəti-dil görməyüb dəmi,
Olmuş həmişə həmdəmi-qəm Şahi-Kərbəla.
Ya Şahi-Kərbəla, nə rəva bunca qəm sana.
Dərdi-dəmadəmü ələmi-dəmbədəm sana.

* * *

Ey dərdpərvəri-ələmi-Kərbəla Hüseyn!
Vey Kərbəla bəlalarına mübtəla Hüseyn!
Qəm parə-parə bağrını yandırdı dağ ilə,
Ey laleyi-hədiqeyi-Ali-Əba Hüseyn!
Tiği-cəfa ilə bədənin oldu çak-çak,
Ey bustani-səbzeyi-tiği-cəfa, Hüseyn.
Yaxdı vücudunu qəmi-zülmətsərayi-dəhr,
Ey şəm’i-bəzmi-bargəhi-Kibriya, Hüseyn!
Dövri-fələk içirdi sənə kasə-kasə qan,
Ey təşneyi-hərarəti-bərqi-bəla Hüseyn!
Yad et, Füzuli, Ali-Əba halın, eylə ah
Kim, bərqi-ah ilən yaxılur xirməni-günah.