Məzmuna keç

Həmişə şam kimi sərfi-piçü tab oldum

Vikimənbə saytından
Həmişə şam kimi sərfi-piçü tab oldum
Müəllif: Qövsi Təbrizi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Həmişə şam kimi sərfi-piçü tab oldum,
Zəmanə hər kimi yandırdı — mən kəbab oldum.
Könüldən ötrü gözəl ömrümü təbah etdim,
Bu bir xərabə üçün xaniman xərab oldum.
Əgərçi xəlq deyər, gün çıxar, görər aləm
Mənə göz açmadı heç kim gər afıtab oldum.
Oda düşən od olur, bəxti-vajiguni görün
Ki, mən bu odlar içində əridim ab oldum.
Yaxamdan əl götür ey dil, nə aşinalıqdır
Ki, mən sənin oduna yandımü kəbab oldum.
Necə görüm sənin ilə bərabər əğyan,
Gözüm, sən ayinə aldm ələ, mən ab oldum.
Bu iztirab ilə hicran hekayətin Qövsi,
Demə, demə ki, sənin halına kəbab oldum.