Məzmuna keç

Həqiqəti bilmək kifayətdirmi, ey insan?

Vikimənbə saytından
Həqiqəti bilmək kifayətdirmi, ey insan? (1994)
Müəllif: RAUF CAVAD

Çox yaşayıb, əsrlər keçib, çox da bilir Şeytan,
Nə fayda, şükür etməyi heç bacarmır nadan.

Bir kəlmə sözə, cümlə Həqqə bənd oldu İblis,
Dedi: Sən yenə qan tökən insan yaradırsan?

Oldu üsyankar küfr edən, adı qaldı Şahmar,
İstədi möhlət, qiyamətə qədər kOr ilan.

Azdırar şeytan kimləri, görməz həqiqəti,
Fəqət bacarmaz möminlə, çün var, vicdan-iman.

Adəmi aldadıb körpə nəfsi, gizli İblis,
Cahili mal-mülklə oynadır, küt-qafil oyan!

Axmağı barmağında fırlayır, ayılmır ki,
Həqiqəti bilmək kifayətdirmi, ey insan?!

Elə bir an olmadı deyilməsin həqiqət,
O, bəndələrini Bağışlayan və Mehriban!

Göndərib bəşərə elçi, Rauf Rəhmətini,
Qanan varsa Hikməti olar Sahibi, Zaman!