Hər an (Aşıq Seyid İbrahim)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Hər an Müəllif: Aşıq Seyid İbrahim |
Mənbə: Şəhla Musayeva. "Köhnə ustadla yeni tanışlıq" (PDF) (az.). archive.org. 2020. İstifadə tarixi: 2020-04-19. |
Oğul doğulmuşam, haqqım var, bəli,
Vətəni, milləti qoruyam hər an.
Mərd adam düşünər axır, əzəli,
Xalqımın qeydinə yarayam hər an .
Bizim Babəkimiz, Xətaimiz var.
Tarixdən silinməz çox izimiz var.
Şükür bu Vətəndə siz ilə biz var.
Qeyrətli millətin zoruyam hər an.
Üzümüzə tuşlanmasın xəsarət.
Qoy məhv olsun bu köıəlik, əsarət.
İbrahiməm, heç çəkməyək xəcalət,
Özüm milyon milyon harayam hər an.